Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il dekabrın 31-ə aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 8,9 faiz artaraq 49 033,6 milyon dollar təşkil edib.
BUTA.TV xəbər verir ki, bu barədə ARDNF hesabat yayıb.
Məlumata əsasən, ötən il ərzində ARDNF-nin büdcə gəlirləri 9 586,0 milyon, büdcə xərcləri isə 4 699,0 milyon dollar təşkil edib.
Hesabat dövründə neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil edib.
2022-ci il büdcəsinin icrası çərçivəsində 7 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. İl ərzində Fondun idarə edilməsi ilə bağlı xərclər 27,9 milyon manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri isə 878,5 milyon dollar təşkil edib.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!