Çinin Ukrayna konflikti ilə bağlı mövqeyinin dəyişəcəyinə ümid edirik.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
O bildirib ki, Çin Rusiyanı dəstəklədiyi qədər Ukraynanı dəstəkləmir:
“Biz Çinin mövqeyinin dəyişməsinin mümkünlüyünü görürük. İlk növbədə bunu Vladimir Zelenskinin “sülh formulu” vasitəsilə mümkün olacağını müşahidə edirik. Bildiyimiz qədər, iki bənd Çin üçün olduqca vacibdir”.
Yermak həmçinin əlavə edib ki, Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya Şərq İqtisadi Forumunda “sülh formulu” ilə bağlı əsas müddəalarını əks etdirən mesaj çatdırıb:
“Biz ümid edirik və Çinin reaksiyasını gözləyirik”.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!