Rusiyada "Vaqner Center" hüquqi şəxs kimi rəsmi qeydiyyata alınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yeni hüquqi şəxs 27 dekabr 2022-ci ildə qeydiyyatdan keçib. Əsas fəaliyyət istiqaməti “idarəetmə konsaltinqi”dir.
Sənədlərdə isə heç bir şəkildə hərbi fəaliyyət göstərilmir:
"Hələ ki, qeydiyyatdan keçmiş “Vaqner Center”in “Vaqner" qrupu ilə necə işləyəcəyi məlum deyil. Rusiya qanunları özəl hərbi şirkətlərin fəaliyyətini qadağan edir və bu, "Vaqner" qrupunun fəaliyyətini qanunsuz edir. Hazırda Ukraynada cəbhədə 50 minə yaxın “Vaqner” döyüşçüsü var və onlar Yevgeni Priqojinin biznes strukturları tərəfindən alınan dövlət müqavilələri üzrə korrupsiya yolu ilə maliyyələşir. Qeydiyyatın məqsədi, çox güman ki, Priqojinin kommersiya üstünlüyünü artırmaq və getdikcə daha çox tanınan təşkilatı qanuniləşdirməkdir".
- Belarusun baş naziri Füzulidə… - Foto
- Nikolun arvadı ordumuza qarşı necə döyüşüb? - Şok faktlar
- BMT-nin bu qurumu Azərbaycanda fəaliyyətini dayandırır
- Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı
- Bakı və İrəvan arasında sülh... - Xətibzadə
- Hərbçilərimiz Moskva küçələrində - Video
- Belarus Azərbaycanla hərbi məhsullar istehsal edəcək
- Turçin Səbaildə Yanğından Mühafizə Hissəsində - Video