Türkiyənin məşhur müğənnisi Zeynəb Bastık dünən Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandıran müğənni Bakıya sevgisini dilə gətirib:
"Bir müddət öncə pilləkəndən yıxılıb onurğa sümüyümü qırdım. 1 ay yarım müalicə aldım yataqda. Bu, sağlıqdan sonra verdiyim ilk konsertimdir. Burda olduğumuz üçün çox sevincliyəm. Gördüyünüz kimi, ayaqdayam, konsert boyu mahnılar edib rəqs edəcəyəm. Musiqi heyətim və səhnə üçün çox darıxmışam. Hazırda özünü yaxşı hiss edirəm, sağlamlığıma qovuşdum, enerjim də yerindədir.
Azərbaycanı çox sevirəm, çox qonaqpərvər, mehriban və nəzakətlisiniz".
Türkiyə mətbuatının yazdığına görə, 29 yaşlı müğənni 2 saatlıq Bakı konsertindən 300 min dollar qazanıb.
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb