Əməkdar artist Bəhram Bağırzadə “rayonlu-şəhərli” açıqlamasından sonra tənqidə məruz qalmasından danışıb.
BUTA.TV xəbər verir ki, bu haqda aktyor Həmid Həmidovun “Danışaq?” verilişində söz açıb.
“O qədər cahil insanlar var ki… O qədər söyüşlər, nalayiq sözlər, hətta qarğışlar yazıblar mənə. Bilirsiniz nələr yazırlar? Deyirlər, kaş ki koronavirus səni aparardı, ölüb gedərdin. Görün nə qədər bu insan Allahsızdır ki, bu sözləri yaza bilir. Amma kim ki mənə söyüb hamısı üçün dua edirəm. Nə əsəbiləşirəm, nə qarğış edirəm, nə də ürəyimdə söyürəm… Hamısı üçün dua edirəm… Güclü kişi heç zaman qarğış edib söyüş söyməz. Hər gün dua edib deyirəm ki, ay Allah, onlara hidayət ver, onlara ruzi-bərəkət ver ki, onda-bunda gözü qalmasın. Heç kimə daş atmasınlar, öz işləriylə məşğul olsunlar”, - deyə, Bağırzadə bildirib.
Bəhram Bağırzadə hesab edir ki, beş il öncəki videonun gündəmə gəlməsi kimlərsə tərəfindən məqsədli təşkil olunub: "Bu kiməsə lazım idi. Bunu edənləri tanıyıram. Bu təxribat idi. Əvvəldə qalmaqallarım olub. Sanki özümə söz vermişəm ki, hər beş ildən bir belə qalmaqallara düşüm".
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
Qeyd edək ki, aktyor illər öncəki açıqlamasında “Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”, - deyə, vurğulamışdı. Bu fikirlərin yenidən gündəmə gəlməsindən sonra sənətçi sosial şəbəkədə kəskin tənqid edilmişdi.
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
- Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi