Qərblə qarşıdurma və davam edən “xüsusi hərbi əməliyyat” kontekstində Rusiya iqtisadiyyatı daha böyük sınaqlara hazır olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Aleksandr Babakov deyib.
“Davosda keçirilən son iqtisadi forum göstərdi ki, Qərb təlaş içindədir. Bu gün bütün dünyanı iqtisadiyyatın parçalanması, ekoloji, ərzaq böhranı, ticarət müharibələri ilə qorxudur”, - Babakov bildirib.
Onun sözlərinə görə, Rusiya öz maliyyə suverenliyini qorumaq üçün daha çox iş görməlidir:
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
“Xarici perimetrdə bu çətindir və biz dominant olduğumuzu iddia etmirik, lakin ölkə daxilində rublun investisiya və ehtiyat valyuta olduğunu söyləməliyik. İqtisadi perspektivləri genişləndirmək üçün dost dövlətlərə, xüsusən Afrika və Latın Amerikasına yardım göndərməliyik. Bu dövlətlərin iqtisadiyyatını inkişaf etdirməklə biz onları özümüzə yönəldərik. Bu cür yardımlar sayəsində Rusiyanın məhsullarını istehlak edə biləcəyi sənaye sahələrini dirçəltmək mümkündür. Və dost olmayan dövlətlərdən də ərzaq idxalına son qoyulmalıdır. Qələbəmizin açarı suveren iqtisadiyyatdır”.
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video