Bakının mərkəzində - Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində yerləşən iki mərtəbəli binalara müdaxilə edilib. Kimsə binanın üstündə daha iki mərtəbə tikərək eyvan artırıb. Eyvanın altını isə obyektə çevirərək piyada səkisini zəbt edib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat rəhbəri Ramiz İdrisoğlu məsələ ilə bağlı BUTA.TV-a açıqlamasında qeyd edilən ünvanda yaşayış binasına edilmiş müdaxilənin yeni olmadığını deyib.
Onun sözlərinə görə, müdaxilə komitəyə səlahiyyətlərin ötürüldüyü dövrdən əvvələ aiddir.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən isə sözügedən ünvandakı binaların tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olmadığı bildirilib:
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
“Fotolarda yer alan binalardan yalnız biri (Təbriz Xəlilbəyli 10) reyestrə daxildir. Həmin binaya da heç bir müdaxilə edilməyib”.
Piyada səkisinin zəbt olunmasıyla bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev vurğuladı ki, bu, icra hakimiyyətinin səlahiyyətindədir.
Bakı Şəhər İcra Hakimiyyəti isə məsələnin Yasamal rayonu İcra Hakimiyyətinə aid olduğunu bildirdi.
Yasamal rayonu İcra Hakimiyyətinə ünvanladığımız sorğuyla bağlı araşdırılma aparıldığını və məlumat veriləcəyi deyildi.
Beləliklə, aydın olur ki, şəhərin mərkəzində ikimərtəbəli binanın üzərində daha iki mərtəbə tikilir, balkonlar artırılır, səki zəbt edilir, ancaq rəsmi qurumların “xəbəri yoxdur”.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?