Azərbaycan dünyada yəhudilərin repressiyaya uğramadığı yeganə ölkədir. Yəhudilər uzun əsrlərdir əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə mehriban ailə kimi yaşayırlar. Bu yaxınlarda Azərbaycanın İsraildə səfirliyi açıldı. Bu, bir çox ölkələrə ən yaxşı nümunə olacaq.
BUTA.TV xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qarşısında Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə Frankfurtun yəhudi icmasının ravvini və Almaniyanın Ortodoks Ravvinlər Konfransının prezidenti Aviçay Apel deyib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrından hər il yanvarın 27-nin Avropa Şurasında Holokost xatirəsi günü kimi anılması barədə qərar qəbul olunub.
- Azərbaycan-Vyetnam əməkdaşlığı illərin sınağından keçib
- Vyetnam liderinin xanımı İçərişəhərdə...
- To Lamın Azərbaycan səfərindən maraqlı görüntülər - Video
- Aeroportda gömrük yoxlamaları: İnsanlar nədən narazıdır?
- Moskvadan Bakıya uçmalı olan təyyarə bir sutkadır gözləyir - Video
- Şahbaz Şərif Hindistanın 5 qırıcısının məhvindən danışdı
- Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...
- Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq