Fransanın xarici işlər naziri Ketrin Kolonna iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında İranda həbsdə olan yeddi fransız girovu azad etməyi tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xanım Kolonna telefon danışığında Fransa vətəndaşlarının İranda saxlanmasını “özbaşınalıq” adlandıraraq İrandan beynəlxalq qanunlara hörmət etməyi xahiş edib və həmçinin İranda nümayişçilərə qarşı repressiyaları pisləyib”, - məlumatda deyilir.
Həmçinin, İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu telefon danışığında Əmir Abdullahian bir daha İranın ümumxalq etirazlarını “iğtişaş” adlandıraraq, Fransanın İrandakı iğtişaşları təşviq etdiyini iddia edib.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bakıya dolu düşəcək
- Bakıda hündürmərtəbəli bina yanır - Video
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı