Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır.
BUTA.TV xəbər verir ki, bunu Kanada Xarici İşlər Nazirliyinin parlament katibi, İcmalar Palatasının üzvü Robert Olifant Xarici İşlər Komitəsində Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı dinləmələr zamanı bildirib.
“Biz açıq-aydın bildirmək istəyirik ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bütün bəyanatlarını dəstəkləyir. Kanada Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və bu ölkənin suverenliyini tanıyır. Beləliklə, Kanada bu sərhədlər çərçivəsində digər qondarma qurumları tanımır”, - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bakıya dolu düşəcək
- Bakıda hündürmərtəbəli bina yanır - Video
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı