Gördülər ki, masadan namizəd seçə bilmirlər, bu dəfə bizim namizədliyimizə böhtan atmağa başladılar.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərlə bağlı danışarkən deyib.
“Halbuki biz aylardır siyasət ər meydanıdır, namizəd bizik, qarşımıza kimi istəyirsənizsə çıxarın dedik. Açıqlayın ki, millətin qarşısında yarışaq söylədik. Bir ildə namizəd irəli sürə bilməyənlər indi öz axsaqlıqlarını ört-basdır etmək üçün başqa yola əl atıblar. 4,5 ildir ki, Türkiyə prezidentiyəm. Bundan əvvəlki illər də var. Ağlınız haralarda idi? İndiyə kimi niyə bunları demirdiniz? 2017-ci ildə millətimizin təqdiri ilə qəbul edilən konstitusiya dəyişikliyi o qədər aydındır ki, zərrə qədər tərəddüdə, müzakirəyə yol vermir”, - Ərdoğan bildirib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər