İran Azərbaycan səfirliyində terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir.
BUTA.TV xəbər verir ki, bu fikirləri Naxçıvanda səfərdə olan Rusiyanın tanınmış jurnalisti, tərcüməçi və televiziya aparıcısı, TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, əməkdar jurnalist Mixail Qusman AzTV-yə və Naxçıvan televiziyasına deyib.
Tehrandakı terroru kəskin pisləyən M.Qusman bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə edilən dünənki hücum bu dünyada terrorun nə qədər dəhşətli olduğunu anlayan hər kəsin qəlbində ağrı yaratdı:
"Bu terror aktı hamını qəzəbləndirdi. Rusiyanın Xarici İşlər naziri, Birləşmiş Millətlər Təşkilatı sərt reaksiya verdi. Azərbaycan rəhbərliyi müxtəlif ölkələrdən terror aktı ilə bağlı teleqramlar aldı. Azərbaycanın İrandakı səfirliyinin mühafizəçisi Orxan Əsgərovun ailəsinə başsağlığı verirəm, o öz canı bahasına dostları ilə birgə daha bir faciənin qarşısını aldı. Hesab edirəm ki, müasir dünyamızda terrora yer olmamalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, müasir dünyada terrorizmə yer yoxdur! İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan terroru qəbul etmir".
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı