İranlı qadın xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.
BUTA.TV xəbər verir ki, Əhmədi yanvarın 28-də verdiyi açıqlamasında Almaniyadan sığınacaq istədiyini bildirib.
22 yaşlı idmançı bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.
O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkiliklər və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.
Qeyd edək ki, Atifə Əhmədi 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın idmançı olub.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər