Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.
"Qafqazinfo"nun məlumatına görə, səfirlik əməkdaşlarını və şəhidimizin nəşini gətirən təyyarə yaxın dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək.
Qeyd edək ki, Orxan Əsgərov İrandakı səfirliyimizin mühafizə xidmətinin rəisi olub və 27 yanvarda törədilən terror aktı zamanı qəhrəmancasına şəhid olub. İran dövləti son iki gündür şəhidimizin nəşinin ölkəmizə gətirilməsinə mane olurdu.
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı