Fox TV-də başlayan “Doqquz Oğuz” serialının ilk seriyasından görüntülər birmənalı qarşılanmayıb.
Kult.az xəbər verir ki, bu barədə yazan tarixçi alim Zaur Əliyev filmdə Atatürklə yanaşı Elçibəy və Rəsulzadənin fotolarının olmasının sevindirici olduğunu bildirib.
“Bu, qürur verir. Amma 44 günlük müharibədə Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev, Azərbaycana ən böyük dəstəyi verən isə Ərdoğan idi. İstər Türkiyə, istərsə də Azərbaycanda iqtidar və müxalifət Qarabağın azad olunmasında bu iki liderin rolunu müzakirə etmir, qəbul edir. Bu iki liderin də şəkilləri orda olmalı idi”, - o qeyd edib.
Alim, həmçinin, serialda yayılan Azərbaycanın Qarabağ ərazisinin xəritəsindəki səhvə ciddi irad bildirib:
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
“Qarabağda “Stepanekert” deyilən yer yoxdur. Ora tarixən Xankəndi olub və hər zaman da belə olacaq. Eyni zamanda, “İvanyan” adlı yer də yoxdur. Ora Xocalıdır - yüzlərlə günahsız insanın soyqırıma məruz qaldığı Xocalı... O cür xəritə vermək Azərbaycana təhqirdir.
Şuşanın adı isə Şuşadır, Şuşi yox! “Berdzor” adlı bir yer yoxdur, Laçın var!”
Alim vurğulayıb ki, bu kadr serialdan dərhal çıxarılmalıdır:
“Bu seriala bütün türk dünyası baxacaq, Qarabağla bağlı bu səhvi onlar görməməlidir. Lap seriala, ssenariyə uyğun olaraq ermənilərdən ələ keçirilən xəritə olsa belə, onu vermək olmaz. Hansı anlamı olursa-olsun, bu xəritə orda yüz illər qalacaq və seriala 20 ildən sonra baxan türklər elə biləcək ki, Qarabağı biz “işğal” edib adını dəyişmişik.
Dünyaya Qarabağı olduğu kimi, əsl xəritəsi ilə təqdim edin!”
- Ermənistanda parlament seçkisində səsvermə prosesi başa çatdı
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı