Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Füzuli, Ağsu, Lənkəran rayonlarında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı təbiətə ümumilikdə 27270 manat məbləğində ziyan dəydiyi məlum olub:
“Sözügedən ağaclar Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sumqayıt şəhəri, Polad Həşimov və Sülh küçələri, Füzuli rayonu, Qayıdış qəsəbəsi-2, Lənkəran rayonu, Təngivan kəndi və Ağsu rayonunun Kalva kənd Mədəniyyət Evinin ərazisində kəsilib.
Artıq faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?