1990-cı illərdə jurnalist kimi çalışanda İran və Güney Azərbaycan mövzusuyla bağlı məqalə hazırlayanda Arazın o tayını tərk etmiş çox az siyasi dissident tanıyırdım. Bir neçə onillik keçdikdən sonra onlarla güneyli fəalı tanıyıram ki, Azərbaycanda və müxtəlif Qərb ölkələrində yaşayır, siyasi fəallıqlarını davam etdirirlər.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İranda yaşayan azərbaycanlıların hüquq və azadlıqları uğrunda mübarizə aparanların sayı durmadan artır:
“Bu isə İranda gələcək dəyişikliklərin çarçısıdır. İndi əsas məsələ Güney Azərbaycan uğrunda mübarizə aparan əsas güclərin birlik nümayiş etdirməsindədir. Məqsəd eynidirsə, dərin fikir ixtilafına yer olmamalıdır. Məqsədə çatandan sonra gələcək gedişatla bağlı fikir ayrılıqları normaldır. Ancaq hələ məqsədə çatılmayıb. Güney Azərbaycanın müxtəlif ölkələrdəki tanınmış fəallarının ortaq məxrəcə gəlməsində rəsmi Bakının da faydalı rolu ola bilər”.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi