Hazırda məscidlərdə ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar hazırlanıb yekunlaşanda aidiyyəti üzrə göndərilərək təsdiq olunacaq.
BUTA.TV xəbər verir ki, bu fikirləri Report-un sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən ziyarətgahların sayı çoxdur:
“Lakin ölkədə aparıcı və xalqımızın inandığı, daha çox getdiyi ziyarət yerləri var ki, ora ianələr verilir. Bu cür ianələrin toplanması, sərf olunması ilə əlaqədar yeni qaydalar üzərində iş gedir. Həmin qaydalar yekunlaşdıqdan sonra rəsmi şəkildə təsdiq olunacaq. Bundan sonra toplanan ianələrin müxtəlif ziyarətgahların özünün sərəncamında qalması, lakin qalan ianənin bütövlükdə sərf olunması ilə bağlı müvafiq qurumlarla birgə həyata keçirilməsi nəzərdə tutulur.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Ziyarətgah toplanan məbləğin hansı istiqamətlərə xərcləndiyini şəffaf şəkildə elan edəcək. İanə verən də vəsaitin hara sərf edilməsini ziyarətgahın internet səhifəsindən izləyə biləcək. Hazırda layihə müzakirə olunur. Müzakirələrdə Dövlət Komitəsi ilə yanaşı Qafqaz Müsəlmanları İdarəsinin mütəxəssisləri də iştirak edir”.
- İran İsrailə raket zərbələri endirdi
- Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- Ermənistanda seçici fəallığı ilə bağlı statistika - Açıqlandı
- İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir