Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
BUTA.TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş şəxs qismində Azərbaycan Gənclər Fondu və banklardan biri təmsil olunur.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Turan Abdullazadə vəsatətlə çıxış edib. Vəkil müvəkkilinin qandalda gətirilməsinin qadağan edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Digər vəsatət isə cinayət işinə xitam verilməsi, işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması ilə bağlı olub.
Məhkəmə qısa müşavirədən sonra bu vəsatəti təmin etməyib.
Vəsatətlərin çox olması səbəbindən hakim Fərid Namazov prosesin təxirə saldığını bildirib.
Məhkəmənin hazırlıq iclası fevralın 14-də davam edəcək.
İttihama görə, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, Cəbrail Fərzəliyev Gənclər Birliyinin də üzvü olub. O, həmçinin politoloq kimi fəaliyyət göstərib.
2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.
- Tarix necə dəyişdi? – 9 Mayla bağlı maraqlı sənəd - Foto
- "Xocalı" yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu
- Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan
- Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video
- Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur
- İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi
- Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan
- Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…