Bərdə rayonunda ağır yol qəzasında ölən və yaralıların adları məlum olub.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Yevlax-Ağdam-Laçın yolunun qapalı təmir olunan 37-ci km-də Bərdə rayonu Qaradəmirçi kənd sakini, 1998-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlunun idarə etdiyi VAZ-21214 markalı 90-EA-774dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Bərdə rayonu Mirzəcəfərli kənd sakini, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlunun idarə etdiyi “Mersdes Benz” markalı 34 BG 302 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və “Mersedes Benz” markalı avtomobildə olan sərnişinlər Bərdə rayonu Mircəfərli kənd sakinləri 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu, 1998-ci il təvəllüdlü Baxşəliyeva Məftunə Məhərrəm qızı hadisə yerində ölüb.
2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədədn xəsarətləri alaraq Bərdə rayon diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı YNDHİ üzrə İstintaq və Təhqiqat şəbəsində araşdırma aparılır.
- Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda
- Bakıda növbəti iqlim tədbiri keçiriləcək
- Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…
- 44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
- Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər
- İlham Əliyev Türkiyəni təbrik etdi
- Bakıdan PKK-nın ləğvi qərarına reaksiya
- Vəzifəli şəxslərin düşdüyü qəzanın – Təfərrüatı