Azərbaycanda səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Macarıstan XİN başçısı Feysbukda yazıb.
“Cəmi bir həftə əvvəl Budapeştdə xarici işlər naziri Ceyhun Bayramovla görüşdük və orada ölkələrimiz arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Biz indi Bakıda birgə işimizi davam etdiririk.
Məqsədimiz Azərbaycanın təbii qazını tez bir zamanda Macarıstan bazarına çıxarmaqdır”, - Siyarto vurğulayıb.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür