BUTA.TV xəbər verir ki, Bakıdakı "Burger King" restoranlarının fəaliyyətini dayandırdığı bildirilir.
İddialar ilə əlaqədar olaraq Marja.az-ın əməkdaşı "Dəniz Mall" ticarət və əyləncə mərkəzində olub və restoranın fəaliyyət göstərmədiyini müşahidə edib. Restoranın bağlı olması "texniki problem" ilə əlaqələndirilib.
Markanın müştəriləri digər ticarət və əyləncə mərkəzlərindəki "Burger King" restoranlarının da bağlı olduqlarını qeyd ediblər. Mətbuatda dərc edilmiş məlumatlara görə, Azərbaycanda da "Burger King"in françayzinq sahibi Türkiyənin "TAB Gida Sanayi ve Ticaret" şirkətidir.
İlk "Burger King" restoranı 2018-ci ilin əvvəlində Bakıda "28 Mall"da açılmışdı. Daha bir restoran "Gənclik Mall", "Park Bulvar" və "Dəniz Mall"da "Burger King" restoranı açılıb.
Marja.az-ın araşdırmasına görə, "Wolt" çatdırılma xidməti də "Burger King" restoranları üzrə sifarişlərin çatdırılmasını qəbul etmir. Şirkətin saytında bu restoranlar "müvəqqəti oflayn" şəkildə göstərilir.
Eyni zamanda, "Bolt Food" çatdırılma xidməti də "Burger King" üzrə sifarişləri qəbul etmir.
"Burger King Azerbaijan" adlı sosial şəbəkə səhifələri ötən ilin İyun ayından yenilənmir, burgerking.az saytı da açılmır.
- İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video
- Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda
- Bakıda növbəti iqlim tədbiri keçiriləcək
- Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…
- 44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
- Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər
- İlham Əliyev Türkiyəni təbrik etdi
- Bakıdan PKK-nın ləğvi qərarına reaksiya