Türkiyənin cənub-şərqində baş verən zəlzələnin gücü 130 atom bombasının partlaması ilə müqayisə edilə bilər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bunu geofizik Əhməd Ərcan "Duvar" qəzetinə deyib.
“Zəlzələ güclü idi. Maqnituda 7.4. Məhv gücü 11-dir. O, 130-a yaxın atom bombasının enerjisini buraxıb", - geofizik deyib.
Alim yaxın iki-üç il ərzində episentrdən 200 kilometr radiusda gələcək güclü afterşoklar barədə xəbərdarlıq edib.
7,7 bal gücündə ən güclü zəlzələ səhər saat 4 radələrində Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində baş verib. Bunun ardınca qonşu ölkələrdə - Suriya, İraq, Livan, Ermənistan, Gürcüstan və Kiprdə də hiss olunan bir sıra afterşoklar baş verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələni 1939-cu ildən bəri ölkə üçün ən güclü təbii fəlakət adlandırıb. Ölənlərin sayı artıq 1500-ü keçib .
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı