Türkiyədəki zəlzələ ilə bağlı səslənən sui-qəsd nəzəriyyələri qəribə görünür. Təbii ki, bu da bir yanaşmadır, lakin mümkünlüyü sual altındadır.
- Müxtəlif iddialar olsa da, indiyə qədər süni zəlzələ yaradılması təsdiqini tapmayıb;
- Süni zəlzələnin törədilməsi Yerin qırılma xətlərinə müdaxilə deməkdir və belə müdaxilənin yarada biləcəyi risklər təkcə hədəfdə olan ölkəni əhatə etməyə bilər.
Bu sahənin mütəxəssisləri də süni zəlzələnin yaradıla bilməsi versiyasını təkzib edir.
Bu fikrin istinad nöqtəsi Türkiyənin seçkiyə hazırlaşdığı vaxt dəhşətli zəlzələnin baş verməsidir. Nəticə baxımından müzakirə etmək olar, hərçənd, Türkiyədə siyasi vəziyyətə təsir etmək üçün belə bir silahın, əgər varsa, istifadəsinə ehtiyac yoxdur: Qərb mediasının manipulyativ informasiyaları ilə belə prosesləri yönləndirmək imkanları var.
O başqa məsələ ki, baş verən zəlzələnin nəticələrindən siyasi maraqları üçün istifadə etməyə çalışacaqlar, xüsusilə seçki kampaniyasında bu məsələ ağırlıq təşkil edəcək. Eyni zamanda, dağıntıların Türkiyə iqtisadiyyatına vurduğu zərərin böyüklüyü də hakim partiyanın işini çətinləşdirir. Lakin burada seçkidə həlledici ola biləcək bir məqam da diqqətdən qaçmamalıdır: müxalifət seçki kampaniyası apararkən, hakim partiya zəlzələ bölgəsində görəcəyi işlərlə kampaniyasını praktiki olaraq göstərə bilər.
- İran İsrailə raket zərbələri endirdi
- Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- 5 ildə 2 dəfə meydanda ürəyi dayandı
- Bu ərazilərdə su olmayacaq
- Son zəng günü şagirdlərə maşın icarəyə verənlər... - Video
- FHN komandası beynəlxalq turnirdə yüksək nəticə göstərdi
- Ermənistanda seçici fəallığı ilə bağlı statistika - Açıqlandı
- İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir