Xəbər verdiyimiz kimi, MM Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanın təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı yardım kampaniyası elan edib.
BUTA.TV-ın məlumatına görə, kampaniya günortadan sonra elan ediləb və axşama qədər kampaniyaya 370-dən çox şəxs qoşulub, 19 958,25 manat toplanıb.
Bu gün isə 2 720 manat məbləğində pul ianə edilib.
İanə ediənlər arasında tanınmış şəxslər, millət vəkilləri də var.
Kampaniya tam şəffaf aparılır və bütün məlumatlar ictimaiyyətə açıqdır.
Xatırladaq ki, Azərbaycan Qızıl Ayparasının Türkiyə üçün başlatdığı yardım kampaniyasına qoşulmaq istəyənlər bu linkdən istifadə edə bilərlər:
- Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən yararlanmaq olar.
- SMS vasitəsi ilə ianə etmək üçün “Azercell” abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.
- Elektron pul kisəsi vasitəsi ilə “hesab.az” saytından ianə etmək mümkündür.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı