Türkiyədə baş verən güclü zəlzələdən zərərçəkənlərə yardım toplanmaq üçün Bakıda daha bir neçə ünvan ayrılıb.
BUTA.TV xəbər verir ki, bu bardə ASAN Xidmət məlumat yayıb.
Yardımlar paytaxtın Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi 2008 məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq”in Satınalmalar Mərkəzi, Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında, Salyan Şoesi 22 - Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən Aqro terminalda və Ağ şəhər - Yaşıl Ada nömrə 2 ünvanlarında toplanır.
Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Görkem Yelgin - 050 285 01 01
Muhemmed Emin Kalan - 050 736 71 00
Ferhat Çeğil - 055 604 36 96
Ramil Hümbətov - 050 567 75 77
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Faciə nəticəsində 6234 nəfər həlak olub.
- Bu şagirdlərdən nələr oğurlamısınızsa, geri qaytarın!
- Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi
- Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...
- Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək
- Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır
- Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər
- Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...
- Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi