Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşü başlayıb.
BUTA.TV xəbər verir ki, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.
Ötən il keçirilən Səmərqənd Zirvə Görüşündə müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası hazırkı toplantıda ilk dəfə iştirak edir.
Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğanın Zirvə Görüşü çərçivəsində həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.
Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür