Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 73-cü Konqresində təşkilatın prezident seçkiləri keçirilib.
BUTA.TV xəbər verir ki, yeganə namizəd Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib. O, 2027-ci ilə qədər qurumun rəhbəri vəzifəsinə təsdiq edilib.
Xatırladaq ki, Canni İnfantino ilk dəfə 2016-cı ildə səsvermənin ikinci turunda mümkün 207 səsdən 115 səs toplayaraq FİFA-nın prezidenti seçilmişdi. 2019-cu ildə o, ikinci müddətə yenidən bu vəzifəyə təsdiq olunmuşdu.
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
- “Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi
- Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar
- Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video
- Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...
- Vəkilin oğlu faciəvi şəkildə vəfat etdi - Foto