Azərbaycan iqtisadiyyatında çalışanların çox hissəsi dövlət sektorundadır. Bu sektorda çalışanlar özəl sektorda çalışanlardan xeyli az əmək haqqı alır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
“Niyə özəlləşdirilmə aparılmır ki, insanlar özəl yerlərdə çalışıb daha yüksək əmək haqqı alsınlar. Dövlət müəssisələrinin nə qədər vergi ödədikləri barədə hökumətin hesabatında məlumat yoxdur. Bu, dövlət müəssisələrinin nə qədər səmərəli fəaliyyət göstərdiyini nümayiş etdirərdi. Niyə Ümumdünya Ticarət Təşkilatına üzv olmuruq? Bütün qonşularımız bu təşkilata üzvdür. Bu, hər dəfə uzadılır. Xarici banklar Azərbaycana buraxılmalıdır ki, sahibkarların banklara daha az faizlə çıxışı olsun. Azərbaycanda bazar iqtisadiyyatına keçməliyik. İqtisadiyyatın əsas sahəsi dövlətin nəzarətindədir. Hökumət hələ də dövlət səhmlərini satıldığı normal birja yarada bilməyib ki, insanlar həmin səhmləri almaqla pul qazansın, pul evlərdə saxlanılmasın. Hökuməti daha ciddi islahatlara çağırıram. Neftin qiyməti düşərsə, Azərbaycanı yeni devalvasiya və iqtisadi tənəzzül gözləyir”, - deputat bildirib.
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
- “Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi
- Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar
- Bakıda əməliyyat: 4 nəfər saxlanıldı - Video
- Bu, uşağın günahı deyil, cəmiyyətin qoyduğu yükdür...