İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.
AZAL-dan BUTA.TV-a bildirilib ki, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də həyata keçiriləcək. İlkin olaraq, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetirələcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq.
Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan Fars körfəzində yerləşən bir ada ölkəsidir.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN