Novruz bayramı ilə əlaqədar bəzi təhsil müəssisələrində çalışanlara pul verilməsilə bağlı qərar verilib.
BUTA.TV Baku.ws-yə istinadən xəbər verir ki, Sumqayıt Dövlət Universiteti və Bakı Dövlət Universiteti bütün əməkdaşlarına bayramla əlaqədar 200 manat məbləğində mükafat verib.
Bundan başqa, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın imzaladığı əmrlə, universitetin əməkdaşlarına əməkhaqlarının 20%-i dəyərində pul mükafatı veriləcək.
Eyni zamanda, Azərbaycan Texnologiya Universitetinin bütün əməkdaşlarına Novruz bayramı ilə əlaqədar 100 manat məbləğində mükafat verilib.
Həmçinin UNEC Novruz bayramı ilə əlaqədar bütün əməkdaşlarına 300 manat məbləğində mükafat verib.
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- Əmək müqaviləsi işçiyə hansı hüquqlar verir?
- “Azərişıq” Beyləqanda sahibkarlarla görüş təşkil etdi
- Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar