Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə BUTA.TV-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 54 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 34 nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 829 217 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 756 nəfər müalicə olunaraq sağalıb, hazırda 308 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 249, bu günə qədər isə ümumilikdə 7 548 451 test icra olunub.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər