Vatikan şənbə günü hökumətin diplomatik münasibətləri dayandırmaq təklifindən sonra Nikaraquadakı səfirliyini bağladığını elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Assoşeyted Press” anonim mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, Vatikanın Manaquadakı nümayəndəsi Marsel Diuf da cümə günü ölkəni tərk edərək Kosta-Rikaya gedib.
Nikaraqua Prezidenti Daniel Orteqa ilə kilsə arasında münasibətlər 2018-ci ildən pozulmağa başlayıb. Həmin vaxt Nikaraqua hakimiyyəti hökumət əleyhinə nümayişləri zorakılıqla yatırıb, bəzi katolik liderlər isə etirazçılara öz kilsələrində sığınacaq verib.
Orteqa müxalifətə rəğbət bəslədiyinə görə kilsə xadimlərini “terrorçular” adlandırıb. Onlarla din xadimi həbs edilib, ölkədən qaçıb və ya sürgün edilib.
Papa Fransisk məsələ ilə bağlı bir müddət səssiz qalsa da, martın 10-da Argentina mediasına Orteqanın rəhbərlik etdiyi hökuməti Hitlerin hökuməti ilə müqayisə edib və “kobud diktatura” adlandırıb.
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...