Yaxşılıq pisliyə qalib gəlir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Şuşa ilə bağlı qeyd edib.
O bildirib ki, 30 il ərzində müvəqqəti işğalçılar bədnam “Mxitaryan villası”ndan başqa Şuşada bircə dənə də olsun, yeni bina tikməmişdilər:
“Erməni əhali eybəcər “a-lya xruşşovka” panel binalarında yaşayırdı, şəhərin tarixi hissəsi xarabazara çevrilmişdi. Ətrafda hər şey murdar idi, zibillik idi, yalnız alaq otları və xarabalıq vardı.
30 il! Bu, bir epoxadır. Və heç bir dəyişiklik yoxdur.
Bax, budur, azad edilən Şuşaya əsl sahibləri qayıdıb – azərbaycanlılar və şəhər çiçəklənib. Unikal arxitektura şedevrləri və tarixi abidələr külündən doğulur. Yeni tikililər bu qədim Azərbaycan şəhərinin bənzərsiz simasına ahəngdar şəkildə uyğunlaşacaqdır.
Beləliklə, Qarabağda işğalçılar tərəfindən dağıdılan yüzlərlə kənd, qəsəbə, şəhər külündən yenidən dirçələcək”.
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək