Ukrayna Silahlı Qüvvələrinin yaz əks-hücum əməliyyatı üçün bütün zəruri komponentlər mövcud olmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qruplaşmasının nümayəndəsi Sergey Çerevatıy deyib.
"Optimist olmalıyıq, amma reallıqlara arxalanmalıyıq. Ona görə də bunu nəzərə alaraq, retrospektivə baxmalıyıq - bir il ərzində nələrə nail olmuşuq. Biz paytaxtı saxlaya bildik, düşməni ordan uzaqlaşdırdıq. Düşməni şimaldan, Xarkov vilayətindən, Limandan və Xersondan geri çəkilməyə məcbur etdik", - Çerevatıy bildirib.
Onun sözlərinə görə, bütün lazımi komponentlər mövcud olduqda əks-hücum həyata keçiriləcək.
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək