Bu qətnamə Qərbdə formalaşdırılmış ictimai fikrin inikasıdır. Bu gün Avropada çoxluq türklərə və islama nifrət edir - bizlərlə əməkdaşlığın onlara faydalı olduğunu anlayıb bu istiqamətdə müəyyən addımlar atsalar da.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində AP-də Azərbaycan əleyhinə daha bir qətnamənin qəbul olunması haqda danışarkən deyib.
“Bu günlərdə izlədiniz, Prezidentin Almaniyaya səfəri zamanı baz nazirin ofisi qarşısına sığınacaq verdikləri iki nəfəri gətirib necə “çığırdırdılar”. Nifrət və kin-küdurət onları zəlil və rəzil edib. Qərb dairələri Azərbaycanda mövcud olan müəyyən problemləri qabardır (bu tipli problemlər bütün ölkələrdə var, birində bir az çox, digərində az) və bu tipli məlumatlara ölkəmizi gözdən salan, beynəlxalq dəstəkdən məhrum etməyə yönələn çoxlu böhtan xarakterli, həqiqətlə heç bir əlaqəsi olmayan Ermənistan torpaqlarının işğalı, ermənilərin genosidi və sıxışdırılması kimi yalanlar əlavə edirlər”, - o bildirib.
Q.Həsənquliyev deyib ki, ölkəmiz əleyhinə danışanlar əsasən ermənipərəst və bizə nifrət edənlərdir:
“Onların əksəriyyəti problemlərin həllində maraqlı deyil, əksinə, istərdilər ki, yanlış siyasət nəticəsində Azərbaycan tam təcrid olunsun və dünyanın ən geridəqalmış ölkəsinə çevrilsin. Azərbaycan torpaqlarını işğal edib 30 il işğal altında saxlayan, azərbaycanlılara münasibətdə etnik təmizləmə aparıb bir milyon insanı ev-eşiyindən didərgin salmış, Xocalıda soyqırım cinayəti törətmiş (Xocalı bu gün də işğal altındadır) Ermənistana Qərb, o cümlədən Avropa Parlamenti nəinki hər hansı sanksiya tətbiq edilməsi təşəbbüsü ilə çıxış etdi, hətta onu işğaçı dövlət kimi tanımadı. Azərbaycana isə Elçibəyin prezidentliyi dövründə ABŞ tərəfindən sanksiya tətbiq olundu, işğal və qanlı etnik separatizm dəstəkləndi. Buna görə sonrakı dövlərdə digər keçmiş sovet respublikalarında baş qaldırmış analoji qanlı separatizmə və tökülən qanlara görə Qərbin birbaşa məsuliyyəti var”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər