ABŞ Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Szinpin arasında gözlənilən görüşdən sonra Ukraynada atəşkəsə dair mümkün çağırışları qəbuledilməz hesab edir.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Əgər görüş hansısa atəşkəs çağırışına səbəb olarsa, bu, qəbuledilməz olacaq. Çünki bu, yalnız bu günə qədər Rusiyanın qazanclarını ratifikasiya edəcək, Putinə yeni insanlar hazırlamaq və özünə uyğun gələn yeni hücumu planlaşdırmaq üçün vaxt verəcək”, - o bildirib.
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj
- Bakıdan Balakənə qatarla getmək istəyənlərin diqqətinə!
- Robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək