Aktrisa Sonaxanım Əliyeva qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, aktrisa “Space” TV-də yayımlanan “Gəl danış” verilişində qonaq olarkən müzakirələrə səbəb olan açıqlamalar verib.
S.Əliyeva rayondan Bakıya axın edən gəncləri tənqid edərək onların əlindən artıq şəhərdə nəfəs ala bilmədiyini vurğulayıb: “Bölgələrdə yaşayan cavanlar, istər qız olsun, istərsə də oğlan, elə bilirlər ki, sanki Bakıya bal yaxıblar. Burada özümüzün nəfəs almağa havamız qalmayıb. Rayondan gələn cavanlar paytaxtda həddən artıq çoxdur. İşləməkdən çox avaraçılıq edirlər”, - deyə Sonaxanım açıqlamasında bildirib.
Aktrisanın bu fikirləri birmənalı qarşılanmayaraq studiyada əyləşən ekspertləri qəzəbləndirib. Onlar S.Əliyevanın ifadələrində yanlışlığa yol verdiyini bildirərək fikirlərini hamıya şamil etməsinə qarşı çıxıblar.
Ətraflı süjetdə:
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər