Britaniyanın xarici təhdidlərlə mübarizə aparmaq üçün kifayət qədər elit qoşunu yoxdur.
BUTA.TV xəbər verir ki, bunu "Deyli Meyl"in yazarı Şon Rayment deyib.
"Böyük Britaniya Xüsusi Qüvvələrinin əsas bölmələrinə daxil olan Xüsusi Hava Desant və Aviasiya Xidməti, Xüsusi Qayıq Xidməti və Xüsusi Kəşfiyyat Alayı cəmi 65-70 faiz tamamlanıb.
Komandirlər Xüsusi Hava Desant və Aviasiya Xidmətinin qarşıdan gələn gizli əməliyyatlarında iştirak edə bilməyəcəyindən qorxurlar. Eyni zamanda, hökumətə millətin təhlükəsizliyi üçün vacib olan xüsusi təyinatlıların sayının azaldılması ilə bağlı şikayətlər daxil olur. Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti polkovnik-leytenant Filip İnqram bildirib ki, xüsusi təyinatlılar ölkənin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Ona görə də onların kadr çatışmazlığı faktı böyük narahatlıq doğurmalıdır", - məlumatda deyilir.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər