Tərtərin Talış kəndində 30 ildən sonra ilk dəfə bayram şənliyi keçirilir.
BUTA.TV xəbər verir ki, Talış kəndinə yeni köçən ailələr üçün təşkil olunan şənlikdə milli oyunlar, folklor nümunələri sərgilənir. Kəndirbazlar ip üzərində oynayıb, pəhləvanlar qurşaq tutub. Yerli incəsənət adamları müxtəlif musiqi nümunələri ifa edib.
Tədbir iştirakçıları Qarabağ atlarının da keçidinə tamaşa edib.
Bundan başqa, tamaşalar da nümayiş edilib. Tədbirin gecə saatlarınadək davam etməsi planlaşdırılır.
Qeyd edək ki, martın 16-da 20 ailə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə köçürülüb. Talış kəndi Qarabağ iqtisadi rayonunda ilk bərpa olunan kənddir. Kənddə 4 yol-kommunikasiya şəbəkəsi tam olaraq qurulub.
Bundan başqa, kənddə 9 qeyri-yaşayış binası fəaliyyət göstərir. Kəndin su-kanalizasiya xətti çəkilib. Məktəb və uşaq bağçasında son tamamlanma işləri aparılır. Kənd tamamilə qazlaşdırılıb. Hazırda Talışda bərpa-quruculuq işləri davam edir. Növbəti mərhələdə kəndə daha 158 ailənin köçürülməsi nəzərdə tutulur.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər