Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, sabah səhər və axşam yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj