Türkiyə “Altılı masa”da yeni böhran yaranıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, İYİ Partiyanın rəhbəri Maral Akşənərin masaya yenidən qayıtmasını təmin edən “Ankara və İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrləri Prezidentin köməkçisi olsun” formulu yeni böhrana səbəb olub.
Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın “Bu təklif tələsik qəbul edildi. Biz əsasən bunu təklif edəcəkdik: Məni və Əkrəm İmamoğlunu vitse-prezident elan edin. Hörmətli partiya sədrləri isə deputat olsun və partiyalarına rəhbərlik etməyə davam etsinlər” sözləri xoş qarşılanmayıb.
Bu fikirlərə Maral Akşənər öz etirazını bildirib. Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacan isə qeyd edib ki, bələdiyyə sədrləri təkrar seçildikdən sonra istefa verib vitse-prezident olsun.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər