Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə martın 19-u saat 23 radələrində rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini İ.Ağayev idarə etdiyi “Mersedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri - Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər