Aşıq Ulduz Sönməz müğənni qızı Sədaqət Ulduzun Azərbaycandan köçdüyünü açıqlayıb.
Kult.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda “Zaurla Günaydın” verilişində danışıb.
O bildirib ki, qızının efirdə görünməməsinə səbəb xaricdə yaşamasıdır:
“Qızım ailə qurdu. Həyat yoldaşı İsveçrədə yaşayır, o da oradadır. Burada da evləri var, amma kürəkənim iş adamıdır. İşi də oradadır. Bir dəfə gedib qızımı görmüşəm. Yenə getməyi düşünürəm”.
Qeyd edək ki, Sədaqətin Bakıdakı toyu bəysiz olmuşdu. O, oğlan toyunun başqa ölkədə baş tutduğunu demişdi. Sədaqət 2019-cu ildə ailə qurub.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər