Danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənliyilə tanınan Rasmus Pauldan Kopenhagendəki Türkiyə səfirliyinin önündə yenidən Quran yandıraraq Türkiyəni hədəf alıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, R.Paludan bu dəfə Danimarkanın paytaxtında polisin mühafizəsi altında bunu gerçəkləşdirib.
R.Pauldan İslama hörmək etmədiyini söyləyib:
“Bütün dünyada İslamı və Rəcəb Tayyib Ərdoğanı hədəf göstərməyimiz vacibdir. Biz İslama hörmət etmirik,onu xor görürük və burada istəmirik”.
Pauldan ötən həftənin çərşənbə günü növbəti dəfə İngiltərədə Quran yandıracağını bildirib.
Qeyd edək ki, əvvəllər də dəfələrlə bu addımı atan R.Pauldan son olaraq Türkiyənin İsveçdəki səfirliyinin qarşısında Quran yandıraraq iki ölkə arasında gərginliyə səbəb olmuşdu.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi
- Bu institut ləğv edilir
- Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj