Yaz aylarında Kürün yenidən əvvəlki vəziyyətinə qayıtması mümkün ola bilər.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, bunu ekoloq Rauf Sultanov bildirib.
Mövzu ilə bağlı ekoloq R.Sultanov bildirib ki, bu il də, xüsusilə yaya doğru Xəzər dənizinin geri çəkilməsi davam edəcək.
Ekoloq həmçinin suyun geri çəkilməsinin Xəzər dənizi üçün xarakterik xüsusiyyət olduğunu vurğulayıb. Onun sözlərinə görə, ötən 200 il ərzində Xəzər dənizində dəfələrlə qabarma və çəkilmələr olub və bu hal ekoloji fəlakət deyil.
Qeyd edək ki, yazın gəlişi bəzi ekoloji problemləri də qabardır. Çünki əkinçiliyin başladığı dönəmdə suya olan tələbat artır. Lakin hazırda əkinlərin suvarılması üçün önəmli rol oynayan Kür çayı qurumağa davam edir.
Daha ətraflı süjetdə:
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi