ABŞ administrasiyası hesab edir ki, Türkiyə F-16 qırıcılarının modernləşdirilmiş versiyasını almalıdır, çünki bu, bütövlükdə NATO-nun müdafiə qabiliyyəti üçün vacibdir.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı Dövlət katibi Entoni Blinken deyib.
"Biz hesab edirik ki, Türkiyə F-16 döyüş təyyarələrinin təkmilləşdirilmiş versiyasını, eləcə də bu tipli təyyarələr üçün təkmilləşdirmə paketlərini almalıdır. Hesab edirik ki, bu, NATO, bütün alyans üçün vacibdir", - Blinken bildirib.
Blinken Vaşinqtonun Türkiyənin gələcəkdə ABŞ-dan F-35 qırıcıları almasını məqbul hesab edib-etmədiyi məsələsinə aydınlıq gətirməyib.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi