Portuqaliyalı hücumçu Kristiano Ronaldo dünya rekorduna imza ataraq, milli komandanın heyətində ən çox oyun keçirən futbolçu ünvanına sahib olub.
BUTA.TV xəbər verir ki, 38 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə oyuna ilk 11-də başlayıb. Bu, onun millidə 197-ci oyunudur. Hazırda oyun davam edir.
Ronaldo Portuqaliya millisinin tərkibində 2016-cı ildə Avropa çempionatının qalibi, qitə çempionatının gümüş və bürünc mükafatçısı, həmçinin 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.
Qeyd edək ki, Ronaldoya qədər Küveyt yığmasında 196 oyun keçirən Bader əl-Mutavanı siyahıya başçılıq edirdi.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- ABŞ İrana hücuma başladı
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi