Venesuelanın hüquq-mühafizə orqanları ölkədə ən fəal şəkildə axtarışda olan cinayətkarlardan biri, “Dovşan” (“Konexo”) ləqəbli Karlos Enrike Qomes Rodrigesi məhv edib. Onun ələ keçirilməsində köməyə görə bir milyon dollar mükafat veriləcəyi elan edilmişdi.
BUTA.TV Oxu.az-a istnadən xəbər verir ki, bu barədə daxili işlər, ədliyyə və sülh naziri Remixio Sebalyos mətbuat konfransında bildirib.
Daxili İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, cinayətkar İrapada (Sukre ştatı) tapılıb. O, dəstənin digər üzvləri ilə birlikdə mühafizəçilərə müqavimət göstərməyə çalışıb. Əməliyyat nəticəsində onlardan 36 nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar qrupun qalan üzvlərinin axtarışı davam etdirilir.
Qeyd edək ki, Qomes terror, qətl, qəsb və adam oğurluğu ilə ittiham edilib.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi