ABŞ Finlandiya və İsveçin NATO üzvlüyünü Ankara ilə F-16 müqaviləsi ilə əlaqələndirməyə çalışsa, səhv etmək riski var.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezident administrasiyasının sözçüsü İbrahim Kalın bildirib.
"Açığını desəm, ABŞ Senatında keçirdiyim görüşlərdə onlara dedim ki, əgər Finlandiya və İsveçin NATO üzvlüyünü F-16 müqaviləsi ilə əlaqələndirməyə çalışsanız, səhv edərsiniz. Çünki onlar bir-birindən asılı olmayan müxtəlif mövzulardır. Əgər siz bundan (Finlandiya və İsveçin NATO üzvlüyü - red.) Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyə çalışsanız, o zaman əks bəyanatla çıxış etsək necə olacaq? F-16 ilə bağlı sazişə qədər İsveçin NATO üzvlüyünü ratifikasiya etməyəcəyik? Onların buna cavabı yox idi", - İ.Kalın vurğulayıb.
- “Ən qısa müddətdə bu ölkəni tərk edin”
- İrana qarşı hücumlar başa çatdı - Yenilənib
- Bəzi ərazilərdə qaz olmayacaq
- Araz Nəsirov TƏBİB-dən getdi
- Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
- “Gelandevagen”i KİA-ya çırpan sürücü ilə bağlı qərar
- Azovda həlak olanların nəşi vətənə gətirildi
- Məhkəmə o “Mercedes”in sürücüsünü həbs etdi